📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qarabağda sülhməramlıların daha bir postu bağlandı

2023-10-07 23:39:37

Qarabağda sülhməramlıların daha bir postu bağlandı

Azərbaycanın Qarabağ bölgəsinin Əsgəran rayonunda müvəqqəti yerləşən Rusiya sülhməramlı qüvvələri daha bir müvəqqəti müşahidə məntəqəsini bağlayıb.

Hurriyyet.Az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, bundan əvvəl oktyabrın 5-i və 6-da Rusiya sülhməramlılarının Şuşa, Ağdərə və Əsgəran rayonlarında müşahidə məntəqəsi bağlanıb.