📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Qarabağda vəziyyət yenə gərgindir" - AQŞİN KƏRİMOV

2023-06-28 14:48:00

"Azərbaycan Qarabağdakı dəstələrə qarşı anti-terror əməliyyatları keçirərək separatçı məsələsinə nöqtə qoyub, prosesi növbəti mərhələyə keçirməlidir"

"Qarabağda vəziyyət yenə gərgindir. Qarabağdakı qanunsuz silahlı birləşmələrin mövcudluğu təkcə sülh prosesinə yox, Azərbaycanın milli təhlükəsizliyinin strateji əsaslarına xələl gətirir". Hurriyyet.az-ın məlumatına görə, bunu siyasi şərhçi Aqşin Kərimov bildirib.

Siyasi şərhçi qeyd edib ki, Azərbaycan zəruri və effektiv müdafiə qabiliyyətinin təmini prinsipindən çıxış edərək həmin silahlı dəstələri zərərsizləşdirmək hüququna malikdir: "Ona görə də Azərbaycan Qarabağdakı dəstələrə qarşı anti-terror əməliyyatları keçirərək separatçı məsələsinə nöqtə qoyub, prosesi növbəti mərhələyə keçirməlidir".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az