📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qarabağda yaşamağa gedirəm – İşxan Verdyan

2023-09-20 14:03:49

Qarabağda yaşamağa gedirəm – İşxan Verdyan

Vəssalam. Kabusun sonu. Daha ölüm olmayacaq. Tezliklə yaraları sağaltmaq və normal həyata qayıtmaq vaxtı gələcək. Qarabağda qalmaq istəyən ermənilərə isə yaxşı olacaq.

Hurriyyet.az xəbər verir ki, bu sözləri erməni bloger İşxan Verdyan öz Teleqram kanalında qeyd edib.

“Ermənistandakılar isə oturub düşünsünlər. Düzdür, onlar həmişə olduğu kimi normal bir şey tapmayacaqlar. Amma bu artıq məni çox narahat etmir. Mən Qarabağda, qalan ermənilərlə yaşamağa gedirəm”, - Verdyan bildirib./Axar.az/