Qarabağdakı sülhməramlılar birbaşa Ukraynaya göndəriləcək? – “Ukrayna cəbhəsində fayda gətirə bilər”
2024-04-22 12:00:02
Ötən həftədən etibarən Rusiya ilə qarşılıqlı razılaşma əsasında Azərbaycandan çıxarılan sülhməramlı qüvvələrin hərbi kontingenti Qarabağdan birbaşa Ukrayna cəbhəsinə göndərilə bilər.
Hurriyyet.az xəbər verir ki, belə bir iddia ilə Almaniyanın “Bild” nəşrinin analitiki Yulian Röpke çıxş edib.
O, iddia edib ki, sülhməramlı qüvvələr Rusiyaya Ukrayna cəbhəsində fayda gətirə bilər.
“Buradan çıxarılan hərbçilərin ümumi sayı 2 min nəfərə yaxındır. Ancaq əsas məsələ odur ki, sülhməramlıları onlarla yeni “BTR-82A “zirehli personal daşıyıcısı ilə silahlanmışdılar. Bu, rusların Ukrayna cəbhəsindəki kəskin zirehli texnika çatışmazlığına fayda verəcək”,- deyə o bildirib.
AzPolitika.info