📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qarabağdan 6 kisə taxıl gətirmək istədi, 8 sutka həbs olundu

2024-12-19 21:43:16

Qarabağdan 6 kisə taxıl gətirmək istədi, 8 sutka həbs olundu

İşğaldan azad olunmuş ərazidən 6 kisə taxıl keçirmək istəyən şəxs saxlanılıb. 

Saxlanılan şəxs - 1973-cü ildə Laçın rayonunun Nurəddin kəndində anadan olmuş, Qaçqınların və Məcburi Köçkünlər Dövlət Komitəsinin Mənzil İstismar Departamentində fəhlə işləyən B.D. barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokol tərtib edilib, iş məhkəməyə göndərilib. 

Məhkəmədə məlum olub ki, B.D.-nın Xocalı-Xankəndi yolunda idarə etdiyi "Mercedes" markalı avtomobildən 6 kisə taxıl aşkarlanıb. O, heç kimə məlumat vermədən 6 kisə taxıl götürüb və avtomobillə Bakıya gətirmək istəyib. 

Məhkəmənin qərarı ilə, B.D. 8 gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilib. \\Qaynarinfo.Az