Qarabağdan gedən ermənilərin sayı 20 mini ötdü
2023-09-26 20:59:33
Sentyabrın 24-dən indiyədək 20 270 nəfər Qarabağdan Ermənistana gedib.
Bu barədə Ermənistanın baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan deyib.
“Artıq üç gündür ki, hökumətin təşəbbüsü ilə yerləşdirmə mərkəzləri fəaliyyət göstərir, vətəndaşların qeydiyyatı aparılır”, - Baqdasaryan bildirib.
O, əlavə edib ki, hazırda 20 270 nəfər qeydiyyatdan keçib, ümumilikdə dövlət 2 850 nəfərin yerləşdirilməsi məsələsini həll edib.\\Gundem.az