📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Qarabağdan köç edən ermənilərə sənəd imzalatmaq lazımdır" - NAZİM CƏFƏRSOY

2023-09-26 14:05:38

"Bununla yanaşı, sərhəd buraxılış məntəqəsində gedənlərin hamısına hansı səbəbdən getdiyi soruşulmalı və video qeydiyyatı aparılmalıdır"

"Azərbaycan dövləti Qarabağdan köç edən bütün ermənilərə "Bizə Azərbaycan tərəfindən heç bir təzyiq yoxdur, özümüz gedirik" şəklində bir sənəd imzalatmalıdır. Peşəkar beynəlxalq hüquqşünaslarımız bunun ən uygun formasını taparlar". Hurriyyet.az bildirir ki, bunu siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Nazim Cəfərsoy bildirib.

Politoloq hesab edir ki, bununla yanaşı, sərhəd buraxılış məntəqəsində gedənlərin hamısına hansı səbəbdən getdiyi soruşulmalı və video qeydiyyatı aparılmalıdır: "Bu çox vacibdir. Çünki bu gedənlər sabah bizi "etnik təmizləmə" iddiası ilə məhkəməyə verəcəklər, təbliğat kampaniyasında aktiv rol alacaqlar və s. Dövlət olaraq yeni problemlərlə üzləşməmək üçün bunları mütləq etməliyik. Bu videolar və sənədlər məhkəmə prosesi, kampaniyaları təsirsiz hala gətirmək üçün şərtdir!"

Nazim Cəfərsoy həmçinin, Azərbaycan mediasının nümayəndələrindən də bir xahiş edib: "Qarabağda ermənilərdən müsahibə alan jurnalistlər mümkün mərtəbə mülki əhaliyə ordan niyə çıxdığı məsələsini ətraflı soruşsunlar. Bu cür nümunə var, amma azdır. Çalışıb hamıdan soruşmaq lazımdır. Ölkədə onlarla media var, 100 jurnalist gündə 10 nəfərdən soruşsa, məsələ həll olar. Videoları isə saxlamaq lazımdır, əmin olun ki, hamısı lazım olacaq!"

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az