📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qarabağdan qaçan erməni separatçılar Abxaziyaya yerləşdirilir

2024-07-09 15:58:10

Qarabağdan qaçan erməni separatçılar Abxaziyaya yerləşdirilir

(Əvvəli ötən sayımızda)

Sovet İttifaqının dağılmasından sonra Gürcüstan əvvəlcə bu problemə əhəmiyyət vermədi, beynəlxalq ictimaiyyətin təzyiqindən sonra problemi həll etmək məcburiyyətində qaldı. Gürcüstan 1999-cu ildə şərti olaraq Avropa Şurasına qəbul edilib.

Şərtlərdən biri də Ahıska türklərinin öz tarixi vətənlərinə qaytarılması idi. Yəni Gürcüstan 12 il ərzində Ahıska türklərini öz doğma yurdlarına köçürməli, proses 2011-ci ildə heç olmasa yekunlaşmağa yaxın olmalı idi.

Gürcüstan hakimiyyəti uzun müddət öz dövləti daxilində problemlərlə məşğul olduğunu göstərdi, yalnız 2007-ci ildə Axısxa türklərinin repatriasiyası haqqında qanun qəbul etdi və prezident Saakaşvili bu qanunu imzaladı. Bu vaxta qədər qanunla bağlı çox yazılıb, tənqid olunub. Qısaca nəzər salsaq görərik ki, qanunun hər bir bəndi tamamilə insan hüquqlarına ziddir və xalqın assimilyasiyasına yönəlib. Ancaq bu mümkün deyil, baxmayaraq ki, bunu öz doğma torpaqlarına qayıtmaq yolunda bir addım kimi qiymətləndirmək olar. Bu qanuna əsasən 2008-2009-cu illər ərzində yazılı müraciətlər ediləcək və 2010-cu ildən “repatriant statusu” veriləcəkdi. Yazılı ərizələr 2008-ci ilin əvvəlində təqdim edilməli idi, lakin Gürcüstanda ərizə formaları yalnız 2008-ci ilin iyununda hazır idi, yəni proses 6 ay sonra başladı. Demək olar ki, ərizə formalarının çoxluğu və gürcü

dilində olması, bununla yanaşı, qanunun məzmununun assimilyasiyaya yönəldilməsi səbəbindən yazılı müraciətlər məhdudlaşdırıldı. Buna baxmayaraq, həmin şərtlərlə də 2019-cu ildə 14 minə yaxın şəxs yazılı müraciət edib, onlardan 5841 nəfərin sənədləri Gürcüstan hökuməti tərəfindən qəbul edilib, 7 min nəfərin sənədləri qəbul edilməyib, 2 min nəfərin sənədləri isə məhkəməyə göndərildiyi üçün baxılmaqdadır. Çünki bu sənədlər rus dilində hazırlanıb. Axalkələkdə yaşayan erməni vətəndaşlarını gürcü dilində öyrənməyə məcbur edə bilməyən Gürcüstan hökuməti 9 min axısxalının sənədini məhz rusca

təqdim edildiyi adı altında qəbul etməyib...

Gürcüstan daxili siyasi və iqtisadi problemləri əsas gətirərək, sənədlərə yavaş templə baxmağa çalışsa da, digər tərəfdən Avropa Şurasına Ahıska türkləri problemində irəliləyiş olduğunu göstərməli idi. Bunun üçün iyun ayından etibarən

2011-ci ildə “Axaltı” türklərinə (Gürcüstan hakimiyyəti Ahıska türklərini belə adlandırır) repatriat statusu verməyə başladı. İlkin olaraq 750-dən çox insana repatriant statusunun verildiyi məlumdur. Nazirliyin 04.07.2007-ci il tarixli 79 saylı fərmanı ilə Gürcüstan Hökuməti Şurasının sədri, Məcburi Deportasiyaya məruz qalmış şəxslərin köçürülməsi və Məcburi Köçkünlər üzrə Nazirin birinci müavini Tamar Martiaşvili tərəfindən ilk repatriat statusu Azərbaycan vətəndaşı Binəli Süleymanova da verilib. 2011-ci ildə 1000 nəfərin statusunun veriləcəyi bildirilsə də, belə bir rəqəm rəsmi qeydə alınmayıb. Proses ləng getsə də, vəziyyəti bu məsələdə müsbət irəliləyiş kimi qiymətləndirmək olar. Prinsipcə Ahıska türkləri bu xəbəri sevinc və pozitivliklə qəbul edirlər. Bununla belə, demək olar ki, Gürcüstanın Ahıska türklərinin repatriasiyası məsələsində heç bir perspektivli strategiyası yoxdur. Belə çıxır ki, onların məqsədi cəmi bir neçə min nəfərə repatant statusu təqdim etmək olub.

Ümumi vəziyyətə nəzər salsaq belə qənaətə gəlmək olar ki, yazılı ərizələrin verilməsindən üç il yarım keçib və 5481 müraciətdən yalnız 750-si repatriat statusu alıb ki, bu da prosesin çox ləng getdiyini yox, aparıldığını göstərir. Ən əsası isə

ərizələrin verilməsi prosesində hər kəs hansı sənədlərin lazım olduğunu bilir, lakin verilən müraciətlərə hansı meyarlarla baxılaraq nəticəyə getdiyi məlum deyil.

Ahıska türklərinin vətənə qaytarılması itirilmiş hüquqların qaytarılması olmalıdır. Belə ki, repatriasiya statusu almaq üçün müraciət edərkən məcburi deportasiyaya məruz qalan və İkinci Dünya Müharibəsi illərində cəbhədə olmuş, Ahıskaya qayıtdıqdan sonra bir nəfər də olsun Ahıska türkünü görməyənlərin və onların övladlarının repatriant statusu almaq üçün təbii hüququ var. Ona görə də müraciətlərə baxılması elə aparılmalıdır ki, lazımi və düzgün sənədlərin olub-olmaması belə uzun müddət çəkməməlidir.

Digər tərəfdən, Gürcüstan hökumətinin istədikləri şəxslərə repatriat statusu verib-verməsi beynəlxalq hüququn əsas normalarına ziddir. Bundan başqa, 750 nəfərə statusun verilməsi 5481 nəfərin ərizəsinin qəbulu prosesin bir neçə il çəkəcəyini

göstərir.

İndiyədək 750 nəfərə repatriat statusunun verilməsi müsbət görünsə də, qənaətbəxş deyil. Görünür, məqsəd repatriasiya üçün Avropa Şurası tərəfindən ayrılmış krediti əldə etmək və beynəlxalq təzyiqləri sakitləşdirmək olub. Bundan başqa,

repatriantların 2 yay vaxtı var, yəni il müddətində onları Gürcüstana köçürmək lazımdır. İyun ayında repatriat statusu alan şəxslərə nəzər salsaq, məlum olur ki, onların bitməsinə 7-8 ay qalıb. Abxaz və osetin qardaş bacılarla bir yerdə yaşamaq

istəyən hökumətin ahıskalılara vahid Gürcüstanda yaşamaq istəyi və planı dilə gətirilmir. Elə Abxaziyanın əldən getdiyinə və erməniləşdirilməsinə səsini ucaldan gürcü ekspertlər axısxalılara tarixi ədaləti bərpa etmək öhdəçiliyindən danışmırlar.

Livandan, Suriyadan Qarabağa qaçan ermənilərin Abxaziyaya doluşmasını dərd edənlər də Axalkalakiyə də ermənilərin doluşub-doluşmamasını dərd etmədikləri kimi, türk torpağının necə erməni məskəninə çevrilməsinin dərdində deyillər. Kim

zəmanət verə bilər ki, Qarabağdan, Xankəndidən çıxan ermənilərin neçə hissəsi Abxaziyaya yox, Axalkələkə gedib yerləşirlər, ya yerləşmirlər?

“Avropa Birliyinə qoşulsaq, biz birlikdə Avropa Birliyinin tamhüquqlu üzvü olacağıq”, deyə istəyini izhar edən baş nazir Avropa Birliyinin qarşısında “boyun olduğu” Ahsıka türklərinə repatriant statusu verməyi və onların öz yurdlarına qayıdışına şərait yaratmaq öhdəçiliyini niyə eşitməməzliyə və görməməzliyə vurur?

Səbəbini biz deyək. Çünki hazırkı “Gürcü arzusu” hökuməti Axalkələk-Türkiyə sərhəddi, Azərbaycan-Gürcüstan sərhəddi, üstəlik də Borçalıda yaşayan soydaşlarımızla, yəni türk çoxluğu ilə əhatə olunmaq istəmir...

Ülviyyə Şükürova