📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qarabağdan Qarakilsəyə gedən sülhməramlılar orada qalacaqlarmı?

2024-04-23 18:51:51

Qarabağdan Qarakilsəyə gedən sülhməramlılar orada qalacaqlarmı?

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, İrəvan Qarabağı tərk edən RF sülhməramlılarının Ermənistana yerləşdirilməyəcəyini bəyan edib. 
Ermənistan parlamentinin Xarici Əlaqələr Daimi Komissiyasının başçısı Sarqis Handanyan "sülhmərmlıların Ermənistan ərazisinda qalmalı olduqlarını hesab eləmədiyini" deyib.
Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan aprelin 22-də xəbər vermişdi ki, rusiyalı sülhməramlıların avtomobil karvanı Qarabağdan çıxaraq Ermənistanın Sünik vilayətinin Gorus və Sisyan (Qarakilsə) rayonlarındakı müvəqqəti yerləşmə məntəqələrinə yollanıb.
Hürr Tərcüman