📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qarabağdan Ukraynaya göndərilmiş rus generalın başı dərddə - Ağır ittiham

2023-02-11 20:12:00

Qarabağdan Ukraynaya göndərilmiş rus generalın başı dərddə - Ağır ittiham

Rusiya qoşunlarının Ukraynanın Donetsk vilayətinin Vuqledar şəhəri yaxınlığındakı uğursuz hücum əməliyyatı hərbi komandanlıqda yeni gərginliyə səbəb olub.

Bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) təhlilində deyilir.

Amerikalı analitiklər iddia edirlər ki, 155-ci Dəniz Piyada Briqadasının 2022-ci ilin noyabrında Pavlivkada (Vuqledar yaxınlığı) uğursuz hücum cəhdlərinə rəhbərlik edən eyni komandirlər Vuqledarın ələ keçirilə bilməməsinə görə ittiham qarşısında qalıblar.

ISW xüsusən Şərq Hərbi Dairəsinin komandanı, general-leytenant Rüstəm Muradovun hərbi rəhbərliyin sərt ittihamı ilə üzləşdiyini bildirir. Döyüş meydanında dəfələrlə uğursuzluğa düçar olan zabitlərin açıq şəkildə mühakimə (məhkəmədə) olunmasına çağırışlar var.

Amerikalı analitiklərin fikrincə, 155-ci Dəniz Briqadası zəif təlim keçmiş səfərbər edilmiş şəxsi heyətdən ibarətdir:

"Rusiyalı çağırışçıların zəif hazırlığı Ukraynaya qarşı müharibədə taktiki uğursuzluqlara səbəb olacaq".

Rüstəm Muradov Azərbaycan ərazisindəki (Qarabağın dağlıq hissəsi) Rusiya "sülhməramlı kontingent"inin keçmiş komandiridir. \\Teleqraf.com