📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Qarabağ”dan xanım azarkeşlərə jest - Giriş pulsuzdur

2026-03-07 16:32:54

“Qarabağ”dan xanım azarkeşlərə jest - Giriş pulsuzdur

“Qarabağ” 8 Mart- Beynəlxalq Qadınlar Günü münasibətilə xanım azarkeşlərə jest edib.

“Qafqazinfo” xəbər verir ki, klub Misli Premyer Liqasının XXIII turu çərçivəsində “Araz-Naxçıvan”la keçiriləcək ev oyuna xanım azarkeşlər üçün girişin ödənişsiz olduğunu bəyan edib.

Qeyd edək ki, matç sabah saat 19:15-də Tofiq Bəhramov adına Respublika Stadionunda start götürəcək.