"Qarabağı azad etmək üçün hətta şeytanla da müttəfiq olmaq lazım idi" - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ
"Bizim bəzi özünü demokrat adlandıran ünsürlər Rəcəb Tayyib Ərdoğan faktorunu görməzdən gələrək raşist Vladimir Putini önə çəkirlər"
"Qarabağı azad etmək üçün hətta şeytanla da müttəfiq olmaq lazım idi. Bizim bəzi özünü demokrat adlandıran ünsürlər Qərbə xoş gəlsin deyə, guya "Qarabağın azad edilməsinə Rusiya icazə verib" deyirlər". Hurriyyet.az xəbər verir ki, bunu Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə qeyd edib.
"Ukrayna Rusiyanın dizini yerə qoyub, Türkiyə regional və beynəlxalq müstəvidə gücə çevrilir" deyən Milli Cəbhə Partiyasının sədr müavini bildirib ki, buna baxmayaraq, həmin ünsürlər Rəcəb Tayyib Ərdoğan faktorunu görməzdən gələrək raşist Vladimir Putini önə çəkirlər: "Əgər Rusiyanın burada rolu olubsa, heç bir problem yoxdur. Rusiya reallıqları qəbul etdi. Qərb - Fransa, Almaniya və ABŞ yenə də ermənilərin hüquqlarından danışır, onların Qarabağa köçünü müzakirə etmək istəyir. Prezident İlham Əliyev problemi hərb yolu ilə həll etdi".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az