📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qarabağı könüllü tərk etmiş 30 min nəfər Ermənistan vətəndaşlığı alıb

2026-02-13 16:14:31

Qarabağı könüllü tərk etmiş 30 min nəfər Ermənistan vətəndaşlığı alıb

“Azərbaycan ərazisindən könüllü köç etmiş təxminən 30 min nəfər Ermənistan vətəndaşlığı alıb”​.

“Qafqazinfo” Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə mətbuat konfransında həmin ölkənin daxili işlər naziri Arpine Sarqsyan bildirib.

Nazirin sözlərinə görə, vətəndaşlıq almış şəxslərin böyük əksəriyyəti 2025-ci ilin ikinci yarısında müraciət edənlərdir.

“Başqa sözlə, vətəndaşlıq alma prosesi xeyli asanlaşdırılıb və sürətləndirilib. Əgər əvvəllər müvafiq platformaya gündə 40 müraciət daxil olurdusa, indi 200-ə qədər ərizə daxil olur”, - Sarqsyan deyib. 

Xatırladaq ki, 2023-cü ilin noyabrında Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağı könüllü tərk edən ermənilərə ölkə vətəndaşlığının verilməsi məsələsinin mümkün qədər tez bir zamanda həll edilməsi ilə bağlı tapşırıq vermişdi.