"Qarabağ"ın baş məşqçisi "Neftçi"nin hansı futbolçusunu öz sərəncamında görmək istəyir?
2023-10-18 19:45:26
«Neftçi»nin yayda heyətinə qatdığı Yuri Matias «Qarabağ»ın maraq dairəsindədir.
Ağdamlıların baş məşqçisi Qurban Qurbanov braziliyalı müdafiəçini yaxından izləməyə başlayıb.
«Sambaçı»nın debüt mövsümündə sərgilədiyi oyun «köhlən atlılar»ın təcrübəli çalışdırıcısında böyük simpatiya yaradıb və onu öz sərəncamında görmək istəyindədir.
«Neftçi»də 2 qol vuran cənubi amerikalının öz mövqeyində yaxşı təsir bağışlaması, üstəlik, liderlik keyfiyyəti Qurbanovun diqqətini çəkib. \\SPORTİNFO.AZ