📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

""Qarabağ"ın əldə etdikləri tam sistemləşsə, onu finallarda da görəcəyimizə inanıram" - FUAD ÇIRAQOV

2024-03-15 15:55:39

"Komanda son illərdə oyunları ilə davamlı olaraq, uğurdan uğura irəliləyirdi, artıq qanunauyğunluğa və sistemə çevriləcəyini də demək olar"

"Futboldan anlamıram, maraqlanmıram, ancaq xüsusi tarixi oyunlara baxmışam. Futbolda çox şeyi anlamasam da, bəzi məsələlər və qanunauyğunluqlar var ki, mənə görə, universaldır və hər sahə üçün keçərlidir". Hurriyyet.az xəbər verir ki, bunu Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktor müavini, politoloq Fuad Çıraqov qeyd edib.

Onun fikrincə, əsas odur ki, uğurlar təsadüfi, bir dəfəlik və qığılcımlıq deyil, davamlı, dayanıqlı, qanunauyğun və sistemli olsun: "Qalibiyyət və uğur deyil, uğursuzluq təəcübləndirməli, təsadüf olmalıdı. Bu mənada əsas odur ki, "Qarabağ" komandası son illərdə oyunları ilə davamlı olaraq, uğurdan uğura irəliləyirdi, artıq qanunauyğunluğa və sistemə çevriləcəyini də demək olar. Əsas bunlardır, ona görə də "Qarabağ" komandasını təbrik edirəm! "Qarabağ"ın əldə etdikləri tam sistemləşsə, onu finallarda da görəcəyimizə inanıram. Arzu edirəm ki, bütün uğurlarımız dayanıqlı, davamlı və qanunauyğun olsun!"

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az