📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Qarabağ”ın futbolçusu vətəninə qayıtmaq istəmədi

2026-08-13 13:11:37

“Qarabağ”ın futbolçusu vətəninə qayıtmaq istəmədi

“Qarabağ”ın vingeri Aleksey Kaşuk yay “transfer pəncərəsi”ndə Ağdam klubundan ayrıla bilərmiş. 

Hurriyyet.Media  xəbər verir ki, ona müxtəlif təkliflər olub. 

“Qarabağ”ın digər futbolçusu Leandro Andradeni heyətinə qatan Ukraynanın “Polissya” klubu Kaşuku da almaq fikrində imiş. Hətta onlar Azərbaycan klubu ilə danışıqlar aparıb. “Qarabağ” da bu keçidə razılıq verib və ukraynalılardan 2 milyon avro istəyib. Qarşı tərəf razılaşsa da, Kaşuk ölkəsinə qayıtmaq istəməyib. 

Bildirilib ki, Kaşuka Kiprin “Omoniya” və Xorvatiyanın “Hayduk” klubları da maraq göstəriblər.

Qeyd edək ki, vingerin “Qarabağ”la müqavilə müddəti 2027-ci ilin yayına qədərdir.