📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Qarabağ"ın kapitanı: "Hər şeyə hazırıq"

2021-11-02 23:11:00

"Qarabağ"ın kapitanı Maksim Medvedev Qazaxıstanda "Kayrat" klubuna qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının qrup oyunundan öncə sports.kz saytına müsahibəsin verib.

 

Kapitan səfər oyununda hər şeyə hazır olduqlarını bildirib: 

 

"Kayrat"la Bakıdakı oyunumuz maraqlı alındı. Komandalar eyni səviyyədə olduğundan bu cür matçlarda az səhv buraxan tərəf 3 xal götürür. Həmin vaxt bizim günümüz idi və vacib qələbə qazandıq. Rəqibin öz fəlsəfəsi və oyun üslubunun olduğu görünür. İlk oyunda bir neçə qol epizodu yaratdılar. Ümumiyyətlə, "Kayrat" nəzarətsiz qalanda çox təhlükəli olur. Təkcə ilk hissədə deyil, bütün oyun ərzində bizim üçün çətinlik yaratdılar. Amma onları dayandıra bildik. Eyni zamanda, öz qol vəziyyətlərimizi yaratdıq.

 

Cavab oyununda rəqib yerli azarkeşlərdən dəstək alacaq. Amma oyunlarımızı analiz edəndə görürük ki, biz ən yaxşı matçlarımızı məhz səfərdə keçiririk. Belədə daha böyük motivasiyamız olur. Aqressiyaya və digər hər şeyə hazırıq. Artıq bununla bağlı böyük təcrübəmiz var".

 

Qeyd edək ki, noyabrın 4-də Almatı şəhərindəki "Ortalık" stadionunda keçiriləcək "Kayrat" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 19:30-da başlayacaq. \\Qaynarinfo