📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Qarabağın müstəqilliyini tanısaq, böyük müharibə olacaq” - Erməni deputat

2022-08-23 09:40:00

“Qarabağın müstəqilliyini tanısaq, böyük müharibə olacaq” - Erməni deputat

“Bu gün müxalifət bizdən “Artsax”ın müstəqilliyini tanımağı tələb edir. Bu isə planlarımıza ziddir”.

Hurriyyet.az Hraparak”a istinadla xəbər verir ki, bu sözləri hakim “Vətəndaş müqaviləsi” partiyasının deputat Ovik Ağazaryan deyib.

“Çünki bu gün “Artsax”ı tanımaq bizim sülh yaratmaq və qonşularımızla münasibətləri yaxşılaşdırmaq planımıza qarşı çıxmaq demək olardı. “Artsax”ın müstəqilliyini tanımaq Azərbaycana qarşı ərazi iddiaları irəli sürmək deməkdir. Yəni bu, Azərbaycana müharibə elan etmək deməkdir, sonra isə buna nə KTMT nə, ruslar, nə də türklər qarışmayacaq, nəticədə böyük müharibə olacaq”.