“Qarabağ”ın oyunu 3 manata
2026-11-25 16:47:52
Premyer Liqanın 13-cü turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Sumqayıt” oyununun biletləri bu gün saat 12:00-dan etibarən satışda olacaq.
Hurriyyet.net xəbər verir ki, bu barədə “atlılar”ın Mətbuat xidməti məlumat yayıb.
Qiymətlər 3 və 15 manatdır.
Noyabrın 29-u keçiriləcək matça saat 17:00-da start veriləcək.
Qeyd edək ki, “Qarabağ” 12 turdan sonra 20 xalla 4-cü sırada qərarlaşıb. Aktivində 10 xalı olan “Sumqayıt” isə 10-cudur.