📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Qarabağ"ın oyununda altı qol vuruldu

2024-04-06 23:34:13

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIX turun daha bir oyunu keçirilib.

Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan “Sabah“ səfərdə “Turan Tovuz”un qonağı olub.

Tovuz şəhər stadionunda oynanılan qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları 26-cı dəqiqədə Aleks Souza və 82-ci dəqiqədə Otto Con vurub.

Bu nəticədən sonra xallarını 39-a çatdıran “Turan Tovuz” 6-cı pilləyə yüksəlib. “Sabah” isə 40 xalla 5-ci sırada qalıb.

Qeyd edək ki, XXIX turun açılış oyununda “Kəpəz” səfərdə “Araz-Naxçıvan”a 2:1 hesabı ilə qalib gəlib. Tura martın 7-də keçiriləcək “Zirə” – “Qəbələ” və “Neftçi” – “Sumqayıt” qarşılaşmaları ilə yekun vurulacaq. \\Axar.Az

***

Futbol üzrə Azərbaycan Premyer Liqasında daha bir matç baş tutub.

"Qarabağ" öz meydanında "Səbail"i qəbul edib. Qarşılaşma meydan sahiblərinin 4-2 hesablı qələbəsi ilə yekunlaşıb. \\\\Axar.Az