📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Qarabağ”ın oyunundan sonra maska tələbi qoyuldu

2022-07-19 13:37:00

“Qarabağ”ın oyunundan sonra maska tələbi qoyuldu

Çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ" və İsveçrə "Sürix"i arasında keçiriləcək ilk oyundan sonra mətbuat konfransına giriş üçün maska tələbi qoyulub.

Hurriyyet.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin rəsmi saytıdna müraciət yerləşdirilib. Bildirilib ki, UEFA-nın tələbinə əsasən, matçdan sonra keçiriləcək mətbuat konfransında iştirak edəcək media nümayəndələrinin FFP-2 tipli (N95) maskalardan istifadəsinin məcburidir.

Bu gün Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq.