📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

""Qarabağ"ın qələbəsi yaddaşlarda uzun illər qalacaq" - İLQAR MƏMMƏDOV

2024-02-23 11:09:33

"Televiziya şərhçilərinə yaxşı təlim verin, ya da dünya görüşlü, zəngin dilli, yumor hissli və "Qarabağ"ın futbolçuları kimi mübariz ruhlu yenilərini yığın"

""Qarabağ" futbol klubunun dünənki iradəli qələbəsi "Neftçi"nin 1982-ci ildə "Spartak"ı 4:3 hesablı ilə yenməsini xatırlatdı. Bu da yaddaşlarda uzun illər qalacaq". Hurriyyet.az xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının (REAL) sədri İlqar Məmmədov bildirib.

Partiya sədri hesab edir ki, televiziya şərhçisi "Qarabağ"ın qələbəsinə kölgə salıb: "Bütün oyunu hakimdən yersiz şikayət elədi, özü də zarıyan dilənçi ruhunda. Halbuki, hakim adam kimi oyun idarə edirdi. Bu şərhçilər haqqında artıq neçə dəfə danışdıq? Ya bunlara bir yaxşı təlim verin, ya da dünya görüşlü, zəngin dilli, yumor hissli və "Qarabağ"ın futbolçuları kimi mübariz ruhlu yenilərini yığın. Yoruldum daha televizorun səsini alıb matçlara baxmaqdan".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az