"Qarabağ"la oyun öncəsi "Olimpiakos"a ulduz futbolçularıyla bağlı şok xəbər
Yunanıstan "Olimpiakos"unun futbolçusu Marselonun UEFA Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda "Qarabağ"la görüşü buraxacağı gözlənilir.
34 yaşlı müdafiəçinin bud əzələsində xroniki zədə aşkarlanıb. Buna görə də Marselo komandaya gec qoşulacaq. Bildirilir ki, braziliyalı oyunçunun zədəsindən xəbəri var idi, hətta bu səbəbdən depressiyaya da düşüb, lakin indiyədək zədəsini ictimaiyyətdən gizlədib.
"Olimpiakos"un daha bir ulduz futbolçusu Xames Rodriqesin də "Qarabağ"la matçda oynayıb-oynamayacağı dəqiq deyil. O, Kolumbiya millisinin düşərgəsindən zədəli vəziyyətdə qayıdıb.
Yunanıstan mətbuatı Rodriqesin ölkə Super Liqasının 6-cı turunda "Atromitos"la matçı buraxacağını yazıb. Onun Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda "Qarabağ"la oyunda da meydana çıxıb-çıxmayacağı məlum deyil.
Qeyd edək ki, oktyabrın 6-da keçiriləcək "Olimpiakos" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. \\Offsideplus.az