📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qaradağda körpünü sel apardı, giriş-çıxış dayandı - ALTERNATİV YOL ÇƏKİLİR

2025-04-17 15:37:35

Qaradağda körpünü sel apardı, giriş-çıxış dayandı - ALTERNATİV YOL ÇƏKİLİR

 

Qaradağ rayonu Çaylıdağ qəsəbəsində güclü yağışların yaratdığı sel fəsadlara səbəb olub.

Hurriyyet.az xəbər verir ki, qəsəbəyə giriş üçün yeganə yol olan körpünü sel suları yuyub aparıb. Nəticədə ərazidə nəqliyyatın hərəkəti tam dayanıb.

Hazırda sakinlər qəsəbəyə daxil ola və ya oradan çıxa bilmirlər.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Agentliyinin mətbuat katibi Anar Nəcəfli ilə əlaqə saxladıq. Bildirildi ki, körpünün bir hissəsi uçub. Hazırda əməkdaşlarımız tərəfindən körpünün yanından alternativ yolun çəkilməsi işləri həyata keçirilir. Körpü tam bərpa olunana qədər vətəndaşlar həmin alternativ yoldan istifadə edə biləcəklər"

Alternativ yolun bərpasının bu gün başa çatacağı bildirilir./BAKU.WS