📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qarda yıxılan 90 nəfərdən 15-i əməliyyat olundu

2025-02-25 10:46:12

Qarda yıxılan 90 nəfərdən 15-i əməliyyat olundu

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna qarlı hava şəraiti ilə əlaqəli olaraq 24 fevral tarixindən bu saata qədər 90 nəfər müraciət edib. 

Nazirlikdən Hurriyyet.az-a verilən məlumata görə, xəsarət alan şəxslərdə əsasən sınıqlar, bilək və said nahiyəsində deformasiya, kəskin ağrı və şişkinlik müşahidə olunub. 

Bildirilib ki, müraciət edənlərdən 15 nəfəri əməliyyat üçün stasionara qəbul edilib.