📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Qardaş Ermənistanın misilsiz təzyiq altında olduğunu görürük” – Zaxarova

2022-10-25 11:39:00

“Qardaş Ermənistanın misilsiz təzyiq altında olduğunu görürük” – Zaxarova

“Qərb Ukraynada hazırlanmış qarşıdurma ssenarisi ilə İrəvan və Moskvanı qəzəbləndirə bilməyəcək”.

Hurriyyet.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova danışıb.

“Qərbin açıq şəkildə Ukraynada işlənmiş qarşıdurma mexanizmlərini köçürməyə çalışdığı Cənubi Qafqazda güclənən həyəcanverici tendensiyalardan narahat olmaya bilmərik. Biz qardaş Ermənistanın necə görünməmiş xarici təzyiq altında olduğunu görürük”, – deyə Zaxarova Rusiya Xarici İşlər Nazirliyinin saytında dərc olunan şərhində bildirib.

yenisabah.az