📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qardaş ölkədə 40 milyon ton neft ehtiyatı kəşf edildi!

2022-01-31 14:58:00

Qardaş ölkədə 40 milyon ton neft ehtiyatı kəşf edildi!

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Qazaxıstanda təqribən 40 milyon ton neft ehtiyatına malik yeni neft yataqları kəşf edilib. Məlumatı ölkənin KAZMUNAYGAZ dövlət neft və təbii qaz şirkəti yayıb.

Qazaxıstanın qərbindəki Özen neft sahəsində 39,9 milyon ton ehtiyata malik yeni neft yataqlarının kəşf edildiyi xəbər verilir.

Açıqlamaya görə, bununla da ölkənin ən böyük neft və təbii qaz yatağı olan Özen yatağında neft ehtiyatı 8 faiz artmış olub.

Hürr Tərcüman