Qardaş ölkədə terror – ölənlər və yaralananlar var
2022-03-04 16:07:00
Hurriyyet.az CNN Türk kanalına istinadla xəbər verir ki, Pakistanın Peşaver şəhərində Koça Risaldar məscidinə edilən hücum nəticəsində ən azı 30 nəfər həlak olub, 50-dən artıq yaralı var.
Peşaver polisinin açıqlamasında hücumun iki silahlı terrorçunun məsciddən kənarda polisə atəş açması ilə başladığı bildirilir. Atışma zamanı terrorçulardan biri ilə bir nəfər polis həyatını itirib, 2 polis işçisi isə yaralanıb.
Sonra isə digər terrorçu məscidə daxil olaraq üzərindəki bombanı partladıb. Xilasetmə komandaları yaralıları xəstəxanalara çatdırıblar. Yaralılardan 10 nəfərinin vəziyyəti ağırdır.
Şahidlər partlayış zamanı məsciddə azı 150 nəfərin olduğunu söyləyiblər.
Hürr Tərcüman