📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qardaş ölkədə zəlzələ oldu

2026-04-26 22:49:20

Qardaş ölkədə zəlzələ oldu

Qardaş Türkiyədə zəlzələ baş verib.

Musavat.com xəbər verir ki, AFAD tərəfindən yayılan məlumata görə, Türkiyənin Muş vilayətində 4.1 bal gücündə zəlzələ qeydə alınıb. Yeraltı təkanlar yerli vaxtla saat 19:48-də baş verib.

Qurumun açıqlamasında bildirilib ki, zəlzələnin ocağı 15.56 kilometr dərinlikdə yerləşib. Digər tərəfdən, Kandilli Rəsədxanası isə zəlzələnin dərinliyini 5 kilometr olaraq açıqlayıb.

Hazırda hadisə nəticəsində dağıntı və ya xəsarət alanlarla bağlı rəsmi məlumat verilməyib.