📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qardaş Özbəkistandan sevincli mesaj: “Qarabağ cənnətə çevriləcək”

2023-09-20 18:04:44

Qardaş Özbəkistandan sevincli mesaj: “Qarabağ cənnətə çevriləcək”

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Özbəkistan Senatının spikerinin birinci müavini Sadık Safayev  Azərbaycan hökumətinin ölkənin ərazi bütövlüyünü və ədaləti bərpa eləməkdə uğur qazana bildiyini söyləyib. O, Daşkəndin Bakının Qarabağdakı əməliyyatlarda qazandığı uğura sevindiyini bildirib.

Safayev deyib: “Azərbaycanı ədalətli mübarizəsində dəstəkləyir və Azərbaycan hökumətinin və xalqının bütün çətinliklərə rəğmən dövlətin ərazi bütövlüyünü bərpa və müdafiə etməsini alqışlayırıq. Əminəm ki, tezliklə Azərbaycan Qarabağı dünyanın cənnət guşələrindən birinə çevirəcək”.

Hürr Tərcüman