Qardaş Pakistanda fövqəladə vəziyyət elan edildi
2022-08-26 15:35:00
Hurriyyet.az “Star” nəşrinə istinadla xəbər verir ki, Pakistanda fövqəladə vəziyyət elan edilib.
Fövqəladə vəziyyətin elan edilməsinin səbəbi musson yağışlarının ölkədə sellərə çevrilməsidir. Pakistan mətbuatının verdiyi xəbərə görə, iyunun 14-dən bəri davam edən şiddətli leysanlar nəticəsində həlak olanların sayı 937 nəfərə çatıb. Onların 343 nəfəri uşaq, 198 nəfəri qadındır.
Sellər 30 milyon əhalinin yaşadığı əraziləri əhatə edib, onların əksəriyyəti evindən didərgin düşüb.
Pakistanda sel 670 328 evi zədələyib, 145 körpünü aşırıb, 3 082 km quru yolunu sıradan çıxarıb.
Hürr Tərcüman