Qardaş Türkiyədən ACI XƏBƏR GƏLDİ- 33 nəfər... FOTO
2022-03-28 16:05:00
Türkiyədə Ərzurum-Ərzincan magistral yolunda sərnişin avtobusu qəzaya uğrayıb.
Hurriyyet.az xəbər verir ki, İğdırdan Ankaraya gedən sərnişin avtobusu yolun kənarındakı ağaclara çırpılaraq aşıb.
İlkin məlumata görə, qəza zamanı 1 nəfər ölüb, daha 33 nəfər yaralanıb. Əraziyə təcili yardım maşınları, polis və jandarm qüvvələri cəlb edilib. Yaralılar xəstəxanalara çatdırılıb. Hadisənin başvermə səbəbi açıqlanmır.
