📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qardaşını maşınla vurub videoya çəkən gənc saxlanıldı - Video

2026-11-12 15:15:36

Qardaşını maşınla vurub videoya çəkən gənc saxlanıldı - Video

Sosial şəbəkələrdə sürücünün avtomobillə piyadanı qəsdən vurmasını əks etdirən videogörüntülərlə bağlı polis tərəfindən araşdırma aparılıb.

Hurriyyet.net  əldə etdiyi məlumata görə, araşdırma zamanı hadisənin Sabunçu rayonu ərazisində baş verdiyi, görüntülərdəki sürücünün isə 23 yaşlı S.Göyüşov olduğu müəyyən edilib. Həmçinin avtomobillə vurulan şəxsin sürücünün doğma qardaşı olduğu və hadisənin zarafat məqsədilə törədildiyi məlum olub.

Sabunçu rayonunda polis tərəfindən saxlanılan S.Göyüşov barəsində inzibati xəta haqqında protokol tərtib edilərək qərar verilməsi üçün məhkəməyə göndərilib.