📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qardaşlarımızın qürurunu ürəkdən bölüşürük - Türkiyə XİN

2024-05-28 10:23:37

Qardaşlarımızın qürurunu ürəkdən bölüşürük - Türkiyə XİN

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan xalqını 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib.

Hurriyyet.az xəbər verir ki, bu barədə qurumun rəsmi "X" hesabında paylaşım edilib.

"Əziz Azərbaycan, Müstəqillik Gününüz mübarək! Xoşbəxtliyi xoşbəxtliyimiz, kədəri kədərimiz olan azərbaycanlı qardaşlarımızın qürurunu və coşqusunu ürəkdən bölüşürük", - paylaşımda vurğulanıb.