📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər”

2026-11-08 19:14:49

“Qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər”

“Azərbaycanın 44 günlük müharibədə qazandığı şanlı qələbə bütün Türk dünyasında sevinc doğurmaqda davam edir və tarixi ədalətin bərpasının göstəricisidir”.

Hurriyyet.net  xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatında bildirib.

Türkiyə dövlətinin başçısı Azərbaycanla əlaqələrin əhəmiyyətini vurğulayaraq deyib: “Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər zamanın sınağından keçib. Bu gün biz “Bir millət, iki dövlət” kəlamında təcəssüm olunan qəlblərin birliyindən danışırıq. Əlaqələrimiz ortaq keçmişimizdən güc alır. Qardaşlığımız dil, tarix və mədəniyyətin ümumiliyinin hüdudlarını çoxdan aşıb. Məhz buna görə bu gün Bakı ilə Ankaranın sevincini bir-birindən ayırmırıq”.

Ərdoğan vurğulayıb ki, 2021-ci il iyununda Şuşa Bəyannaməsində təsbit olunan Ankara ilə Bakı arasındakı qardaşlığı zəiflətməyə çalışanlar heç vaxt məqsədlərinə nail ola bilməyəcəklər.