Qaribaşvili: “15 dekabr milli bayram və tarixi qələbə günüdür”
2023-12-15 07:40:20
Hurriyyet.az xəbər verir ki, dekabrın 15-də, yerli vaxtla saat 17.00-da, Tbilisidəki Azadlıq meydanında Gürcüstanın Aİ üzvlüyünə namizədlik statusu alması ilə bağlı ümummilli bayram tədbirləri keçiriləcək. Bu xəbəri Gürcüstanın Baş naziri İrakli Qaribaşvili hökumət administrasiyasının keçirdiyi xüsusi brifinqdə verib.
Bəlli olduğu kimi, Avropa Şurası Gürcüstana Avropa İttifaqına üzvlüyə namizədlik statusu verib.
Qaribaşvili bu hadisəni “ölkənin və xalqın tarixi qələbəsi”, dekabrın 15-ni isə “milli bayram və ümumi qələbə günü” adlandırıb.
Hürr Tərcüman