Qaribaşvili Saakaşvili ilə bağlı açıqlama verdi
2021-10-04 14:31:00
Hurriyyet.az “Anadolu Agetliyi”nə istinadən xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili (8 illik fasilədən sonra ölkəsinə qayıtdığı zaman) oktyabrın 1-də həbs edilən eks-prezident Mixail Saakaşvili barəsində açıqlama verərkən deyib: “Sizə tam əminliklə söyləmək istəyirəm ki, Saakaşvili cəzasını çəkəcək. Ona 6 il həbs cəzası verilib”.
Qaribaşvili deyib: “Planetdəki hər hansı bir insan gəlib bizdən soruşsa, söyləsə, çağırış etsə də, bu gün Saakaşvilini azadlığa buraxacaq bir hökumət yoxdur”.
Qaribaşvili Saakaşvilinin həbs edilməsindən sonra Ukraynaya ekstradisiya edilməsini tələb elədiyini söyləyib: “Cəzasını tamamilə çəkdikdən sonra Ukraynaya dönmək istəyirsə, əlbəttə, istədiyi ölkəyə qayıda bilər”.
Hürr Tərcüman