📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qarlı hava şəraitində xəsarət alanların sayı açıqlandı: İki nəfər əməliyyat ediləcək

2025-03-01 13:01:50

Qarlı hava şəraitində xəsarət alanların sayı açıqlandı: İki nəfər əməliyyat ediləcək

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna qarlı hava şəraiti ilə əlaqəli olaraq 41 nəfər müraciət edib.

Hurriyyet.az xəbər verir ki, bu barədə oxu.az-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, xəsarət alan şəxslərdə, əsasən, sınıqlar, bilək və said nahiyəsində deformasiya, kəskin ağrı və şişkinlik müşahidə olunub:

"İki nəfər əməliyyat üçün stasionara qəbul edilib".