📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qarlı havada xəsarət alanların sayı 347-ə çatdı

2025-02-27 10:36:45

Qarlı havada xəsarət alanların sayı 347-ə çatdı

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə qarlı hava şəraiti ilə əlaqədar indiyədək 163-ü qadın, 184-ü kişi olmaqla, 347 nəfərin müraciəti qeydə alınıb.

Bu barədə Hurriyyet.az-a TƏBİB-dən bildirilib.

Onlardan 315 nəfər müxtəlif travmalarla müvafiq tibb müəssisələrinə hospitalizasiya olunub. Müraciət edənlərdən 32 nəfərə yerində yardım olunub.