📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qarpızsatan kişini külək apardı - VİDEO

2023-08-08 15:01:00

Qarpızsatan kişini külək apardı - VİDEO

Hurriyyet.az TRT kanalına istinadla xəbər verir ki, Türkiyənin Ərzurum şəhərində qarpız satıcısı, 30 yaşlı Burak Abuç satdığı məhsulları günəş şüalarından qorumaq üçün çimərlik çətirini yerə basdırmaq istərkən güclü külək onu havaya qaldıraraq 5 metrə qədər məsafəyə uçurub. Yoldaşlarının çağırdığı təcili yardım maşını onu xəstəxanaya çaydırıb. Onda yüngül zədələnmə halları qeydə alınıb. İki günlük müalicədən sonra Abuç evə buraxılıb.

Hürr Tərcüman