📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Qarşıdakı mərhələdə Priqojin yenidən güclənə bilər” - Ekspert

2023-03-10 22:02:00

“Qarşıdakı mərhələdə Priqojin yenidən güclənə bilər” - Ekspert

"Düşünmürəm ki, Priqojini belə asanlıqla aradan çıxarmaq mümkün olsun. Güman ki, o bir faktor olaraq qalacaq”.

Hurriyyet.Az bildirir ki, bunu Qaynarinfo-ya açıqlamasında politoloq İlqar Vəlizadə Rusiya hakimiyyət orqanlarında "Vaqner” muzdu hərbi qrupun rəhbəri Yevgeni Priqojinə yönəlik biganə münasibətin hardan qaynaqlandığını şərh edərkən deyib. 

"Rusiya siyasi rəhbərliyində müxtəlif qütblər və güc mərkəzləri var ki, onlar da mürəkkəb vəziyyətdə Putinə təsir etmək əzmilə bir-birilə vuruşur. Hər bir qütbün də əsas məqsədi prosesdə məhz özlərinin aparıcı mövqe əldə etmələrinə nail olmaqdan ibarətdir. Müəyyən zaman kəsiyində cəbhədə bəzi mövqe üstünlüyü əldə etməsi fonunda Priqojin təşəbbüsü ələ keçirmişdi”, deyə İlqar Vəlizadə bildirib.

 

 

Ekspert qeyd edir ki, son zamanlar Kreml rəhbərliyi Priqojindən istədiyini ala bilmir:

"Baxmut istiqamətindəki döyüşlər plan üzrə getmədiyindən bu Kremli narazı salıb. Yaranmış vəziyyətdən istifadə edərək vaxtilə Priqojin tərəfindən vurulan digər qütblər indi əks-həmləyə keçirlər. Rusiyada daxili çəkişmələr, güc, nüfuz uğrunda mübarizə hər zaman olub. Mövcud durumda Priqojinin mövqeləri bir qədər zəifləyəcək. Amma bu heç də onun tamamilə vurulması anlamına gəlməməlidir. Sonrakı mərhələdə Priqojin yenidən güclənə bilər. Bu da cəbhədə göstərəcəyi nailiyyətdən asılıdır. Rusiyada heç də həmişə məsələlər hansısa bir gücün üstünlüyülə həll olunmur. Müxtəlif güclərin bir-birilə mübahisələri, dueli nəticə etibarı ilə Rusiyanın hərbi-siyasi istiqamətini müəyyən edir”. 

Qeyd edək ki, "Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin muzdlulara mərmi verilməsi xahişlərinə görə Rusiya hakimiyyət orqanları ilə əlaqəsinin kəsilməsindən şikayətlənib. "Mən daha sursat istəyə bilməyim deyə bütün idarə və şöbələrdəki xüsusi telefonları üzümə bağlayıblar, həmçinin qərarların qəbuluna cavabdeh olan şöbələrə bütün əlaqələrimi kəsiblər", deyə Priqojin şikayətlənib. 

 

Rüfət Sultan