📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qasım Məmmədovun yerinə o təyin edildi - FOTO

2026-02-02 11:31:34

Qasım Məmmədovun yerinə o təyin edildi - FOTO

Baş Prokurorluğun İstintaq İdarəsinin rəisinə yeni müavin təyin edilib. 

“AzPolitika” “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bununla bağlı baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, ədliyyə müşaviri Anar Mirkişiyev İstintaq İdarəsinin rəisi Nemət Əvəzovun müavini vəzifəsinə təsdiqlənib.

Qeyd edək ki, A.Mirkişiyevin indi təyin edildiyi vəzifəni daha əvvəl Qasım Məmmədov tutub. Q. Məmmədov ötən ilin sentyabr ayından respublika hərbi prokurorunun müavinidir.