Qasım Süleymaninin ölüm ildönümü İraqda matəm günü elan edildi
2022-01-04 10:07:00
Hurriyyet.az CNN Türk kanalına istinadən xəbər verir ki, İraqda iranlı general Qasım Süleymani ilə Haşdi-Şabi qüvvələrinin başçısının müavini Əbu Mehdi əl Mühəndisin ölümünün 2-ci ildönümü 14 vilayətdə rəsmən qeyri-iş günü elan edilib. Süleymani İranın Yaxın Şərqdəki qılıncı hesab edilirdi.
İran İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin komandanı Qasım Süleymani ilə Əbü Mehdi əl Mühəndisin ABŞ qüvvələri tərəfindən öldürülməsinin ikinci ildönümü münasibəti ilə İraqda yas mərasimləri və etirazlar keçirilir. Hadisənin ildönümü günü Bağdad, Səlahəddin, Anbar, Mosul, Diyale, Vasit, Zikar, Babil, Bəsra, Nəcəf, Kərbəla, Maysan, Divaniyə və Kərkük də daxil olmaqla, ümumilikdə 14 vilayətdə rəsmi tətil elan edilib.
Hürr Tərcüman