📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qatar 15 dəqiqə tuneldə qalıb – VİDEO

2025-05-03 19:57:31

Qatar 15 dəqiqə tuneldə qalıb – VİDEO

Xəbər verdiyimiz kimi, bu gün “Həzi Aslanov” və “Xalqlar dostluğu” stansiyaları istiqamətindəki şəhər şəbəkəsindən Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tərkibində fəaliyyət göstərən “Bakı Metropoliteni” QSC-yə gələn yüksək gərginlikli elektrik xətləri ilə enejinin verilişində məhdudiyyətlər yaranıb.

Elektrik enerjisinin kəsilməsi ilə qatarlardan biri tuneldə qalıb.

Bunu əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb. İddialara görə, qatarın tuneldə qalma müddəti 15 dəqiqə olub.

Qeyd edək ki, daha sonra yaranan problem aradan qaldırılıb.