📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qatar qəzasında ölənlərin sayı 70-i ötdü

2026-10-30 10:44:49

Qatar qəzasında ölənlərin sayı 70-i ötdü

İspaniyanın Toledo əyalətində baş verən qatar qəzası nəticəsində həlak olanların sayı artıb.

Hurriyyet.net  xəbər verir ki, bu haqda "El Diario" qəzetinin məlumat yayıb.

Bildirilir ki, hadisə nəticəsində ölənlərin  74-ə çatıb.

Xatırladaq ki, oktyabrın 28-i səhər saatlarında Toledo əyalətində Madriddən Sevilyaya gedən “Renfe” şirkətinə məxsus AVE sürət qatarı yolda dayanmış “Iryo” özəl daşıyıcısının qatarına çırpılıb. Qəza nəticəsində bir neçə vaqon relsdən çıxaraq bənddən aşıb.