📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qatar xarab oldu - Metroda sıxlıq yarandı

2024-10-28 09:07:42

Qatar xarab oldu - Metroda sıxlıq yarandı

Metronun "Azadlıq prospekti" stansiyasında vaqon qapılarına baxış keçirilməsi zərurəti yaranıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-dən bildirilib.

Maşinist problem müəyyən etməsə də, təkrar baxış zərurətinə görə, qatar sərnişinsiz "Memar Əcəmi" stansiyasına yola salınıb. Dərhal əvəzinə qatar verilib. Nəticədə, "28 May" stansiyasına qədər intervaldan əlavə 5 dəqiqə yubanma yaranıb.