Qaxda 7 kq narkotik aşkarlandı - 2 nəfər həbs edildi
2026-10-02 14:51:42
Qax Rayon Polis Şöbəsinin keçirdiyi əməliyyat zamanı külli miqdarda narkotik vasitənin satışının qarşısı alınıb.
Hurriyyet.net xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə H.Həsənov və A.Qurbanov saxlanılıblar. Onlardan 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb.
Saxlanılan şəxslər narkotik vasitələri satmaq məqsədilə əldə etdiklərini bildiriblər.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.