📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qaz 5 dəfə bahalaşdı, Hollandiya geri addım ataraq Rusiyaya qarşı sanksiyaları ləğv etdi

2022-11-05 11:27:00

Qaz 5 dəfə bahalaşdı, Hollandiya geri addım ataraq Rusiyaya qarşı sanksiyaları ləğv etdi

Hurriyyet.az “Yeni Akit” nəşrinə istinadla xəbər verir ki, Hollandiya Rusiyaya qarşı sanksiyalara qoşulmağı dayandırıb.

Bəlli olduğu kimi, Ukraynanın işğalından sonra 27 Avropa ölkəsi Rusiyaya qarşı sanksiyalar tətbiq etmək qərarına gəlib. Qərb Rusiyanı iqtisadi cəhətdən çətin vəziyyətdə qoyub müharibəni bitirməyi hədəflədiyi halda, Rusiya prezidenti Vladimir Putin ən böyük üstünlüyündən istifadə edərək, Qərbin qazını kəsdi. Putinin bu addımından sonra Avropada təbii qazın qiyməti təxminən 500 faiz artdığı üçün soyuq qış ərəfəsində Hollandiya Rusiyaya qarşı sanksiyalardan imtina edib.

Hürr Tərcüman