📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qazax rayonunda axund azyaşlıya təcavüz edib?

2021-10-26 20:54:00

Qazax rayonunda axund azyaşlıya təcavüz edib?

Qazax rayonunun axundunun rayon məscidində azyaşlı qıza təcavüz etməsi ilə bağlı iddia səsləndirilib. Bildirilib ki, rayon polis şöbəsində işə araşdırma aparılmadan xitam verilib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Hurriyyet.az-a açıqlamasında iddiaların əsassız olduğunu və böhtan xarakteri daşıdığını söyləyib:

"2016-cı ildə Qazax Rayon Polis Şöbəsinə rayonun sakini T.İ-nin İ.S. tərəfindən tez-tez zəng edilərək narahat edilməsi barədə məlumat daxil olub və müvafiq araşdırmalar aparılaraq məsələyə hüquqi qiymət verilib”.