📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qazaxda açıq ərazidə yanğın - Fotolar+Video

2026-09-24 10:11:48

Qazaxda açıq ərazidə yanğın - Fotolar+Video

Qazax rayonu, Aslanbəyli kəndində açıq ərazidə yanğın baş verib.

Hurriyyet.media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində açıq sahədə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində 1 ha sahədə kol-kos və biçilmiş taxıl sahəsi yanıb.

Ətraf ərazilər yanğından mühafizə olunub.